"Neftçi" "Qalatasaray"ın futbolçusu ilə maraqlanır

"Neftçi" "Qalatasaray"ın futbolçusu ilə maraqlanır
XƏBƏR 8 Avqust 2023 / 09:52 4734
-  A +

"Qalatasaray"ın futbolçusu Olimpou Morutan "Neftçi"yə keçə bilər.

Qol.az İtaliyanın "Tuttomercatoweb" nəşrinə istinadən xəbər verir ki, Bakı klubu 24 yaşlı oyunçu ilə maraqlanır.  "Neftçi"nin rumıniyalı hücumameyilli yarımmüdafiəçini icarəyə götürmək istədiyi vurğulanır.

Bildirilib ki, Morutan “Bari”, “Palermo”, “Sampdoriya” kimi klubların təklifinə baxmayaraq, karyerasını Azərbayanda davam etdirə bilər.

Qeyd edək ki, Morutan ötən mövsümü icarə əsasında İtaliya B seriyası təmsilçisi "Pisa"da keçirib. 

Əlavə edək ki, "Qalatasaray" Morutanın adının Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsinə daxil etməyib. Onun İstanbul təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyununa kimidir.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner