Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Rakov" dünən Bakıya gəlib.
Qol.az xəbər verir ki, onlar Azərbaycan paytaxtına çarter reysi ilə yola düşüblər. Polşa mətbuatı Çenhstohova təmsilçisinin səfəri ilə bağlı bəzi maraqlı məlumatlar yayıb.
Bildirilir ki, komanda Bakıda üç gecə (1,2,3-cü günlər) qalacaq. "Qarabağ"la oyundan bir gün sonra komanda Polşaya qayıdacaq. "Rakov" Bakıda iki otel tutub.
Bunlardan biri komanda üzvləri, digəri isə VİP şəxslər, azarkeşlər və jurnalistlər üçündür. sport.pl saytı yazır ki, Bakı səfəri üçün Çenhstohova təmsilçisi ümumilikdə 2 milyon Polşa zlotu xərcləyib. Bu, hazırkı məzənnə ilə 226 min avro deməkdir.
Komanda ilə birgə bir qrup polşalı jurnalist də Bakıya gəlib. Lakin azarkeşlərin Bakıya ayrıca səfər edəcəyi gözlənilir. Onların sayı barədə hələlik məlumat yoxdur.
"Rakov"un mətbuat katibi Mixal Şprendaloviç deyib ki, təşkilatçılar cavab matçında 30 minə yaxın azarkeş gözləyirlər. "Bizim azarkeşlerin komandamıza böyük kömək olacağını düşünürük. Bunu biz ötən il "Slaviya" ilə oyunda da görmüşdük. Fikrimizcə, bu dəstək bizə Bakıda da kömək ola bilər" - deyə o qeyd edib.
Xatırladaq ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Rakov" oyunu saat 20:00-da başlanacaq. İlk matçda Polşa təmsilçisi 3:2 hesabı ilə qələbə qazanıb.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu