İyulun 31-dən avqustun 6-dək Türkiyənin İstanbul şəhərində güləş üzrə U-17 dünya çempionatı keçiriləcək.
Qol.az xəbər verir ki, yarışın ilk günlərində yunan-Roma güləşçilərimiz çıxış edəcək. Heyətdə Turan Daşdəmirov (45 kq), Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Tural Əhmədov (55 kq), Roman Kərimov (60 kq), Yusif Əhmədli (65 kq), Cavad Məmmədov (71 kq), Elmin Əliyev (80 kq), Mikayıl İsmayılov (92 kq) və Mahir Qurbanlı (110 kq) yer alıb.
Daha sonra qadın güləşi üzrə mübarizə baş tutacaq. Səadət Quliyeva (43 kq), Ruzanna Məmmədova (53 kq), Günay Qurbanova (57 kq) və Zəhra Kərimzadə (69 kq) uğur qazanmağa çalışacaq.
DÇ-nin son günlərində isə sərbəst güləşçilər xalça üzərinə çıxacaq. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Cəfər Cəfərov (45 kq), Bəşir Verdiyev (48 kq), Sədrəddin Həsənov (51 kq), Tural Əliyev (55 kq), Camal Abbasov (60 kq), Mirzəağa Axundov (65 kq), İsmayıl Rəhimli (71 kq), İsmayıl Əsədli (80 kq), Səid Paşayev (92 kq) və Yusif Dursunov (110 kq) ölkəmizi təmsil edəcək.
"Başakşehir" İdman Kompleksində keçiriləcək yarışda görüşlər hər gün Bakı vaxtı ilə 12:00-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 19:00-da start götürəcək.
Dünya çempionatında 1-ci dərəcəli hakim Hicran Şərifov ədaləti qoruyacaq.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı