UEFA "Neftçi"nin rəqibini cərimələdi

UEFA "Neftçi"nin rəqibini cərimələdi
XƏBƏR 26 İyul 2023 / 17:52 2366
-  A +

UEFA “Neftçi”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Jelezniçar”ı (Bosniya və Herseqovina) cərimələyib.

Qol.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. UEFA-nın qərarına səbəb "Jelezniçar" azarkeşlərinin  Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Belarus “Dinamo”su (Minsk) ilə ilk görüşdə - ev oyununda pilləkənlərdə oturması olub. Ona görə də klub 8000 avro məbləğində cərimələnib. 

“Jelezniçar” məsələyə görə tamaşaçılardan “Neftçi” ilə keçiriləcək ev oyununda eyni səhvi təkrarlamamağı xahiş edib.

Qeyd edək ki, sabah “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” - “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında cavab qarşılaşması avqustun 3-də Bakıda olacaq.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner