“Rakov”un (Polşa) baş məşqçisi David Şvarqa sabah Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la keçirəcəkləri ilk oyun haqqında danışıb.
Qol.az xəbər verir ki, o, görüşdən əvvəl təşkil olunan mətbuat konfransında Azərbaycan çempionunun güclü tərəflərini vurğulayıb:
“Sevinirik ki, avrokuboklarda üstünlükləri və təcrübəsi böyük olan güclü rəqiblə qarşılaşacağıq. “Qarabağ”ın güclü tərəfləri çoxdur - yüksək pressinq, topla davranış, təkbətək mübarizə. Biz buna hazırıq. "Rakov" "Qarabağ"dan qorxmur. Artıq biz də avrokubokların seçmə mərhələlərində oynayırıq. “Qarabağ” uzun müddətdir ki, konkret oyun modelində fəaliyyət göstərir. Əminəm ki, əvvəlki illərdə topladığımız təcrübə “Qarabağ”la görüşlərdə öz faydasını verəcək. Biz də “Rakov”un əsl gücünü göstərməyə çalışacağıq. DNT-mizi, keyfiyyətimizi, güclü tərəflərimizi göstərmək istəyirik. İki oyunluq mərhələdə qalib gəlmək imkanımızın olacağına inanıram”.
Şvarqa “Rakov”un bu ilin yanvar ayında Antalyada “Qarabağ”la keçirdiyi yoxlama görüşünə (3:0) toxunub: “Əlbəttə ki, “Qarabağ”la keçirdiyimiz yoxlama görüşü rəqibin keyfiyyətini görmək imkanı verdi. Lakin bu, həlledici deyildi, çünki hər iki komandanın hazırkı mövqeyi həlledicidir. Təhlillərə ehtiyac var. Bu, nəticə çıxarmağa imkan verir. Ancaq meydanda rəqabət aparanda rəqib barədə tam təsəvvür yaranır”.
Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakov” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək. Bu komandalar arasında cavab oyunu avqustun 2-də Bakıda olacaq.
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı