"Napoli" futbolçu aldı, icarəyə verdi

"Napoli" futbolçu aldı, icarəyə verdi
XƏBƏR 25 İyul 2023 / 11:07 1297
-  A +

"Napoli" yeni transferini reallaşdırıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, A seriyası təmsilçisi "Bari"dən qapıçı Elia Kaprilenin keçidini tamamlayıb. İtaliyanın gənclərdən ibarət milli komandasının futbolçusu 7 milyon avroya alınıb .

Son İtaliya çempionu 21 yaşlı futbolçunu dərhal "Empoli" yə icarəyə göndərmək qərarına gəlib. Müqavilənin müddəti bir ildir.

Qeyd edək ki, Kaprile 2022/23 mövsümündə İtaliya 2-ci liqasında 41 oyun keçirib, 15 matçda qapısını toxunulmaz saxlayıb.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner