“Jelezniçar” - "Neftçi" oyununda anşlaq olacaq

“Jelezniçar” - "Neftçi" oyununda anşlaq olacaq
XƏBƏR 25 İyul 2023 / 10:40 4721
-  A +

“Neftçi”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovina “Jelezniçar”ı ilə ilk - səfər oyununun biletləri tükənib.

Qol.az xəbər verir ki, bu haqda “klix.ba” məlumat yayıb. Görüş “Qrbavitsa” stadionunda keçiriləcək. Bu arenanın tutumu isə 13.000 nəfərlikdir. Matç üçün nəzərdə tutulan biletlərin hamısı 2 gün ərzində satılıb. Bu isə o deməkdir ki, oyun günü arenada anşlaq olacaq.

Qeyd edək ki, iyulun 27-də oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bu komandalar arasında cavab oyunu avqustun 3-də Bakıda olacaq.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner