"Neftçi"də növbəti ayrılıq

"Neftçi"də növbəti ayrılıq
XƏBƏR 24 İyul 2023 / 18:19 4229
-  A +

"Neftçi” seleksiya şöbəsinin üzvü Vadar Nuriyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. 

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Qeyd edək ki, 1998-2001-ci illərdə “Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. 2018-ci ildə əvəzedici komandanın baş məşqçisi olmuş Nuriyev 2020-ci ilin iyulundan noyabrınadək əsas komandada köməkçi məşqçi, 2021-ci ilin fevralından indiyədək isə klubun seleksiya şöbəsində çalışıb.

Xatırladaq ki, , "Neftçi" bu gün prezidenti Kamran Quliyevin də vəzifəsindən azad edildiyini açıqlamışdı.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner