"Bavariya"dan "Borussiya"ya

"Bavariya"dan "Borussiya"ya
XƏBƏR 24 İyul 2023 / 11:57 2171
-  A +

"Bavariya"nın və Avstriya millisinin yarımmüdafiəçisi Marsel Sabitzer tezliklə Dortmund "Borussiya"sının futbolçusu olacaq.

Qol.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano öz Tvitter hesabında bildirib. Klublar artıq transferlə bağlı razılığa gəliblər.

Dortmund təmsilçisi Münhen klubuna bonuslar daxil olmaqla 19 milyon avro ödəyəcək. Sözləşmənin bu həftənin sonunda imzalanacağı gözlənilir.

2022/2023 mövsümünün ikinci yarısında Sabitzer “Mançester Yunayted”də icarə əsasında çıxış edib. O, "Qırmızı şeytanlar"ın heyətində bütün yarışlarda 18 oyun keçirib, 3 qol vurub və 1 qolun ötürməsini verib. Futbolçunun "Bavariya" ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir. 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner