"Qəbələ" - "Omoniya" oyununun biletləri satışa çıxarıldı

"Qəbələ" - "Omoniya" oyununun biletləri satışa çıxarıldı
XƏBƏR 23 İyul 2023 / 15:45 4367
-  A +

Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 27-də keçiriləcək "Qəbələ" - "Omoniya" (Kipr) matçının biletləri satışa çıxarılıb.

Qol.az xəbər verir ki, bu barədə "Qəbələ"nin mətbuat xidməti məlumat yayıb. Biletlərin qiymətləri sektorlara görə 2,3 və 10 manat təşkil edir.

Biletləri "Qəbələ Hotel"də yerləşən fan-mağazadan əldə etmək mümkündür.

Qeyd edək ki, iyulun 27-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Omoniya" matçı saat 20:00-da başlayacaq.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner