Musa Qurbanlı: "Daha güclü qayıdacağıq"

Musa Qurbanlı: "Daha güclü qayıdacağıq"
XƏBƏR 23 İyul 2023 / 12:54 4433
-  A +

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı yeni klubu "Yurqorden"də debüt etməsi haqda fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, o, İsveç çempionatının 17-ci turunda "Elfsburq"la görüşün 58-ci dəqiqəsində meydana çıxıb. Oyun "Yurqorden"in məğlubiyyəti ilə başa çatıb - 0:4.

Musa matçdan sonra sosial şəbəkə hesablarında etdiyi paylaşımda bildirib:  "Azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm. Daha güclü qayıdacağıq". 

Qeyd edək ki, 21 yaşlı hücumçu bu ay "Yurqorden"lə 3 illik müqavilə imzalayıb. 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner