Ançelottidən rədd cavabı

Ançelottidən rədd cavabı
XƏBƏR 23 İyul 2023 / 12:30 5652
-  A +

Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun nümayəndəsi "Real"ın baş məşqçisi Karlo Ançelottiyə yerli çempionatda klublardan birində çalışmaq təklifi edib.

Qol.az xəbər verir ki. bu haqda AS məulmat yayıb. Ona çox milyon dollarlıq müqavilə təklif olunub. Lakin italiyalı mütəxəssis qəti şəkildə bundan imtina edib. Dövlət İnvestisiya Fondu bir sıra klublara, o cümlədən Kriştiano Ronaldonun oynadığı “Əl-Nəsr”ə sahibdir.

Xatırladaq ki, daha əvvəl Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges baş məşqçinin “Real”la müqaviləsi başa çatdıqdan dərhal sonra Braziliya millisinə rəhbərlik edəcəyini bildirmişdi. İtalyan mütəxəssis 2021-ci ildən İspaniya klubunda çalışır. Bundan əvvəl o, 2013-2015-ci illərdə "kral klubu"na başçılıq edib.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner