Azərbaycan millisi Avropa çempionatının finalında

Azərbaycan millisi Avropa çempionatının finalında
XƏBƏR 23 İyul 2023 / 09:00 3131
-  A +

Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin Gürcüstan yığmasına qarşı yarımfinal görüşü baş tutub.

Qol.az xəbər verir ki, U-16 qız yığmamız yarımfinal oyununda hesabda geri düşməsinə baxmayaraq, sonuncu dövrədə geri dönüş edərək yekunda Gürcüstan yığmasına 74:72 hesabı ilə qalib gəlib.

Keçirdiyi bütün oyunları qalib tamamlamış U-16 qız millimiz, Avropa çempionatının finalına vəsiqə qazanıb. Finalda millimizin rəqibi Andorra seçməsi olacaq. Oyun 23 iyul Bakı vaxtı ilə saat 21:30 -da başlayacaq.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner