Lukaku "Əl-Hilal"ın təklifini rədd etdi

Lukaku "Əl-Hilal"ın təklifini rədd etdi
XƏBƏR 22 İyul 2023 / 15:59 1446
-  A +

"Çelsi"nin futbolçusu, ötən mövsümü icarə əsasında "İnter"də keçirmiş Romelu Lukaku Səudiyyə Ərəbistanında oynamaq istəmir.

Qol.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb. 30 yaşlı hücumçu "Əl-Hilal"dan gələn təklifi rədd edib. Səudiyyə Ərəbistanı təmsilçisi belçikalıya 60 milyon avro dəyərində 2 illiik müqavilə təklif edib. Üstəlik klub keçid üçün "Çelsi"yə də 50 milyon avro transfer haqqı ödəməyə hazırdır.

Daha əvvəl forvardın “Yuventus”la illik 8 milyon avro maaşla 3 illik müqavilə üçün razılığa gəldiyi bildirilmişdi.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner