"Qəbələ"nin rəqibindən yeni transfer

"Qəbələ"nin rəqibindən yeni transfer
XƏBƏR 21 İyul 2023 / 11:22 1303
-  A +

“Qəbələ”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Kipr “Omoniya”sı heyətinə yeni futbolçu qatıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Nikosiya təmsilçisi "Voyvodina"dan (Serbiya) Veljko Simiçi transfer edib. 28 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Simiç bu ildən Serbiya millisinə də dəvət alır.

Əlavə edək ki, “Qəbələ” ilə “Omoniya” arasında ilk oyunu iyulun 27-də Qəbələ şəhər stadionunda, cavab görüşünü isə avqustun 3-də Kiprdə keçiriləcək.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner