Messi "İnter Mayami"nin kapitanı olacaq

Messi "İnter Mayami"nin kapitanı olacaq
XƏBƏR 20 İyul 2023 / 15:55 1330
-  A +

"İnter Mayami"nin yeni transferi Lionel Messi komandanın kapitanı olacaq.

Qol.az xəbər verir ki, bu haqda "TyC Sports" məlumat yayıb.

Dünənki ilk məşqindən sonra Messi və Serxio Buskets klubun gənc futbolçuları ilə işləmək və onlara məsləhətlər vermək üçün meydanda qalıblar. Lionelin ABŞ təmsilçisinin əsas kapitanı olcağı qeyd edilib.

36 yaşlı hücumçunun MLS klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir. Messi" İnter Mayami"də 10-cu nömrə altında oynayacaq. Hücumçunun komandada iyulun 21-də "Kruz Azul"a qarşı görüşdə debüt edəcəyi gözlənilir. Həmçinin Buskets də bu a "İnter Mayami"yə keçib. 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner