Kuadrado rəsmən "İnter"də

Kuadrado rəsmən "İnter"də
XƏBƏR 20 İyul 2023 / 10:54 1420
-  A +

"Yuventus"un sabiq yarımmüdafiəçisi Xuan Kuadrado rəsmən "İnter"ə keçib.

Qol.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında bir il müddətinə (2024-cü il iyunun sonuna qədər) müqavilə imzalanıb. Kolumbiyalının "İnter"dəki maaşı bonuslar nəzərə alınmadan illik 2 milyon avro olacaq.

2022/2023 mövsümündə Kuadrado "Yuventus"un heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 2 qol vurub və 4 qolun ötürməsini verib. Futbolçunun Turin klubu ilə müqaviləsi bu il iyunun sonunda başa çatıb, tərəflər müqaviləni yeniləməyib.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner