2022/23 mövsümünün sonunda "Sabah"la icarə müqaviləsi başa çatan və komandadan ayrılan Aleksey Kaşuk sosial şəbəkə hesablarında paylaşım edib.
Qol.az xəbər verir ki, müqavilə ilə məxsus olduğu Ukrayna “Şaxtyor”una (Donetsk) klubuna qayıdan 23 yaşlı yarımmüdafiəçi "Sabah"la vidalaşıb: "Hardan başlayacağımı bilmirdim... Böyük komanda və böyük insanlarla vidalaşmaq çətin və emosional bir an idi. Bəzən elə anlar olur ki, hisslərinizi ifadə etmək və bu məktubu yazmaq sizin üçün çətin olur. Çox gözəl vaxt keçirdiyim, unudulmaz duyğular yaşadığım "Sabah"dan ayrılıram".
Ukrayna millisinin üzvü kluba, texniki heyətə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib: "Əvvəlcə təcrübəsini mənimlə bölüşən və mənə kömək edən hər kəsə təşəkkür etmək istəyirəm. Direktorlara, məşqçilərə, bütün heyətə, həkimlərə, fizioterapevtlərə və digər klub işçilərinə minnətdaram. Onların sayəsində özümü çox sevilən və əziz hiss etdim.
Hər şeydən çox, bütün komanda yoldaşlarıma, keçən il ayrılan, lakin paltardəyişmə otağını paylaşanlara və hələ də bu kluba aid olanlara təşəkkür edirəm. Hamını qucaqlayıram. Və təbii ki, həm meydanda, həm də meydandan kənarda hər zaman xüsusi sevgi və yaxınlıq hiss etdirdikləri üçün bütün azarkeşlərə minnətdarlığımı bildirirəm. 1 il sizinlə sevinci, kədəri, xoşbəxtliyi bölüşdüm. Mən "Sabah"ın məqsədlərinə çatmasına, bir klubu kimi böyüməsinə, təkmilləşməsinə kömək etmək üçün gəlmişdim və sizin köməyiniz, təşviqiniz və dəstəyinizlə biz buna nail olduq. Ailəm və mən bu klubda sevgi ilə qarşılanmağımıza görə sizə daim qədər minnətdar olacağıq. "Sabah"a da, ölkəyə də min dəfə təşəkkür edirəm".
Kaşuk sonda "Sabah"a uğurlar arzulayıb: "Yollarımız ayrılsa da, mən hər zaman "Sabah" ailəsinin üzvü olacağam. Doğma "Sabah"ımıza növbəti mövsümdə uğurlar arzu edirəm. Mütləq yenidən görüşəcəyik. İndi məni yeni çağırış gözləyir , amma mən bu klubu dəstəkləyəcəyəm. Sən həmişə mənim qəlbimdə qalacaqsan, "Sabah". Çox sağ ol, Azərbaycan".
Qeyd edək ki, Aleksey Kaşuk 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında 31 oyunda 16 qol vurub. “Sabah” isə 2-ci yeri tutduğu üçün Konfrans Liqasına vəsiqə qazanıb.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
Turun mərkəzi oyunu ona tapşırıldı
"Arsenal" rəhbərliyindən Artetaya şərt
“Şamaxı”nın bombardiri təkliflər alıb – Müsahibə
Milli komandada şok hadisə - 7 futbolçu yoxa çıxdı
İqor Ribeyro: “Neftçi” həmişə hər oyuna hazırdır”
Yamal əsəbiləşdi, Flikə də üz çevirdi - Video
İngiltərə kubokunun yarımfinal cütləri
"İnter" – "Roma" matçında 7 qol vuruldu
Yamal komandasının qoluna sevinmədi - Şəkillər