"Sumqayıt" Superliqa klubu ilə qarşılaşacaq

"Sumqayıt" Superliqa klubu ilə qarşılaşacaq
XƏBƏR 16 İyul 2023 / 17:24 2061
-  A +

 "Sumqayıt"ın Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışı çərçivəsində rəqiblərindən biri müəyyənləşib.

Qol.az xəbər verir ki, komanda "Sivasspor"la qarşılacaq. Bu barədə Türkiyə Superliqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İyulun 23-ü keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Sumqayıt" Türkiyədə iyulun 27-dək təlim-məşq toplanışında olacaq.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner