"Qəbələ"nin rəqibi Polşa klubuna qalib gəldi

"Qəbələ"nin rəqibi Polşa klubuna qalib gəldi
XƏBƏR 15 İyul 2023 / 21:44 2395
-  A +

"Qəbələ"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Omoniya" Polşada təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

Qol.az xəbər verir ki, Kipr təmsilçisi Polşanın yüksək liqa klubu "Radomiak"la qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib. "Omoniya"nın qollarını Kakullis, Koulibali, Kousoulos və Bezos vurub. Polşa klubunun heyətində isə Fabiano fərqlənib.

Xatırladaq ki, “Qəbələ” və “Omoniya” arasında ilk oyun iyulun 27-də Qəbələdə, cavab görüşü avqustun 3-də Kiprdə keçiriləcək.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner