Mahirin komandası yeni mövsümdə ilk rəsmi oyuna çıxır

Mahirin komandası yeni mövsümdə ilk rəsmi oyuna çıxır
XƏBƏR 15 İyul 2023 / 07:59 3928
-  A +

Bu gün Xorvatiyada superkubok oyunu keçiriləcək.

Qol.az-ın xəbərinə görə, son çempion “Dinamo” (Zaqreb) ilə kubokun qalibi “Hayduk” (Split) üz-üzə gələcək. Bununla da komandalar yeni mövsümə rəsmən start verəcəklər. Xorvatiyada derbi adlandırılan bu matç Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Qeyd edək ki, hazırda “Dinamo”nun düşərgəsində olan Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin bu görüşdə iştirakı istisna olunmur. Xorvatiya mətbuatının yazdığına görə, “Konyaspor”dan icarədən qayıdan 26 yaşlı futbolçu təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərib və növbəti mövsüm “Dinamo”da qala bilər.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner