"Turan Tovuz"lunun milli komandası finalda

"Turan Tovuz"lunun milli komandası finalda
XƏBƏR 13 İyul 2023 / 10:04 4295
-  A +

ABŞ-da keçirilən Şimali, Mərkəzi Amerika və Karib hövzəsi üzrə (CONCACAF) "Gold Cup" turnirində finalçılar müəyyənləşib.

Qol.az xəbər verir ki, ilk yarımfinal matçında Panama və ABŞ yığmaları üz-üzə gəliblər.

Əsas vaxtı qolsuz bərabərliklə başa çatan görüşün əlavə vaxtında da qalib müəyyənləşməyib - 1:1. Penaltilər seriyasında daha dəqiq olan (5:4) Panama yığması final vəsiqə qazanıb. Panama millisinin üzvü olan "Turan Tovuz"un müdafiəçisi Roderik Miller bu oyunda sona qədər ehtiyatda qalıb. 

Digər oyunda Meksika Yamaykaya 3:0 hesabı ilə qalib gələrək finala çıxıb.

İyulun 17-də keçiriləcək final görüşü Bakı vaxtı ilə gecə saat 03:30-da start götürəcək.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner