Ermənistan idmançıları Bakıya gələcək

Ermənistan idmançıları Bakıya gələcək
XƏBƏR 11 İyul 2023 / 14:30 1477
-  A +

Ermənistan idmançıları Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında iştirak edəcəklər.

Qol.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Atıcılıq Federasiyasının baş katibi Areq Sarıbekyan məlumat verib.

O bildirib ki, Bakıdakı yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığı üçün iştirak edəcəklər.

A.Sarıbekyan idmançılarda əlavə təzyiq yaratmamaq üçün komandanın tərkibini açıqlamayıb.

Qeyd edək ki, dünya çempionatı avqustun 14-dən sentyabrın 3-dək keçiriləcək. 


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner