"Rakuv"un futbolçusu "Qarabağ"dan danışdı

"Rakuv"un futbolçusu "Qarabağ"dan danışdı
XƏBƏR 11 İyul 2023 / 12:32 7486
-  A +

Polşa "Rakuv"un futbolusu Fabian Pyasetski ölkəsinin "Przegladsportowy" nəşrinə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri "Qarabağ" haqda danışıb.

Qol.az xəbər verir ki, onun sözlərinə görə, Ağdam təmsilçisi ilə qarşılaşsalar, qalib gələ bilərlər: "Azərbaycanlılar haqqında deyirlər ki, onlar Polşa komandalarından həmişə üstün olublar. Amma mənə elə gəlir ki, onlar qalib gəlməli rəqibdirlər. Bir il əvvəl "Qarabağ" "Lex"i məğlub edib. İndi biz o vaxtı Poznan klubundan fərqli yerdəyik. Oxşarlıq o ola bilər ki, məşqçimiz də dəyişib, ancaq fəlsəfəmiz eyni qalır. Məşqçi Szvarqa hamımızı A-dan Z-yə qədər tanıyır, bizdən nə gözlədiyini bilir. Bu bizim böyük üstünlüyümüzdür. Ancaq əvvəlcə "Flora"ya diqqət yetirməliyik".

Qeyd edək ki, "Qarabağ" 1-ci təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"unu keçərsə, 2-ci təsnifatda  “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner