Adrian Mutu Bakıya gəldi - Şəkil

Adrian Mutu Bakıya gəldi - Şəkil
XƏBƏR 11 İyul 2023 / 09:38 4933
-  A +

"Neftçi"nin baş məşqçisi vəzifəsinə əsas namizəd Adrian Mutu dünən axşam Rumıniyanı tərk edib.

Qol.az Rumıniyanın "Antena Sport" nəşrinə istinadən xəbər verir ki, Azərbaycana gəlmək üçün hava limanına gedən mütəxəssis orada jurnalistlərə açıqlama vermək istəməyib. Onun bu gün "Neftçi" ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Mutunun rəhbərlik etdiyi məşqçi heyətinin "Neftçi"də bir mövsüm üçün 700 min avro qazanacağı iddia olunur.

Daha öncə Mutu çalışdırdığı “Rapid” klubundan ayrılıb.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner