Gimnastika yığmamızdan bir gündə 2 medal

Gimnastika yığmamızdan bir gündə 2 medal
XƏBƏR 9 İyul 2023 / 19:46 652
-  A +

Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə gənclər arasında keçirilən 2-ci dünya çempionatında Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri bu gün iki medal qazanıblar.

Qol.az xəbər verir ki, komandamızın üzvləri 5 topla və 5 iplə hərəkətlərin icrasında bürünc medala layiq görülüblər. 

Xatırladaq ki, qrup komandamız dünən çoxnövçülük proqramında bürünc medal qazanmışdı. 
 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner