"Qarabağ" Cəbəllütariqə yollandı

"Qarabağ" Cəbəllütariqə yollandı
XƏBƏR 9 İyul 2023 / 19:21 3707
-  A +

"Qarabağ" İspaniyanın Marbelya bölgəsindəki hazırlığını başa vurub.

Qol.az xəbər verir ki, komanda bu gün də Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı "Linkoln"la ilk oyun üçün Cəbəllütariqə yola düşüb.

Ağdam təmsilçisi Marbelyadan Cəbəllütariqə avtobusla gedib. Marbelyadan Cəbəllütariqə məsafə avtobusla 40-60 dəqiqə arasıdır.

Qeyd edək ki, iyulun 11-i keçiriləcək "Linkoln" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Bu komandalar arasında cavab oyunu iyulun 19-u olacaq.
 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner