Kenni Sayef: "Saatlarla şahmat oynayıram"

Kenni Sayef: "Saatlarla şahmat oynayıram"
XƏBƏR 8 İyul 2023 / 18:58 2452
-  A +

“Neftçi”nin yarımmüdafiəçisi Kenni Sayef hobbisindən danışıb.

Qol.az xəbər verir ki, o, Rusiyanın "Sport ekpress" nəşrinə müsahibəsində deyib: "Şahmaq oynamağı sevirəm. Bəli, saatlarla oynayıram. Vaxt az olduğu üçün şahmatla xəbərləri çox izləmirəm, amma demək olar ki, bütün böyük qrossmeysterlərin adlarını bilirəm. Rusiya şahmatçısı Yan Nepomnyaşiy dünya çempionu titulu uğrunda çinli Dinq Lirenlə qarşılaşmalarını izləməmişəm. Ancaq bilirəm ki, Liren qalib oldu. Amma Nepomnyaşiy əla oyunçudur".

Qeyd edək ki, K.Sayef ötən ilin iyulundan "Neftçi"də oynayır.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner