"Sənəd problemi olmasa, İrəvandakı oyuna gedəcəm" - Vüsal İsgəndərli

"Sənəd problemi olmasa, İrəvandakı oyuna gedəcəm" - Vüsal İsgəndərli
XƏBƏR 8 İyul 2023 / 17:52 3789
-  A +

Albaniya "Eqnatiya"sına transfer olunan millimizn üzvü Vüsal İsgəndərli UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Ararat"a (Ermənistan) qarşı matçlar üçün sifariş ərizəsində yer alıb.

Bu barədə Qol.az-a oyunçunun özü məlumat verib. O deyib ki, İrəvandakı oyuna getmək istəyir: "Sənəd problemi olmasa, İrəvandakı oyuna gedəcəm. Yeni klubumda özümü yaxşı tərəfdən göstərməyə çalışacağam".

Qeyd edək ki, "Eqnatiya" "Ararat"a qarşı ilk oyununu iyulun 13-də səfərdə, cavab matçını isə 1 həftə sonra Albaniyada keçirəcək.

Xatırladaq ki, V.İsgəndərli bu  ay yeni klubu ilə 3 illik müqavilə imzalayıb.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner