"Qarabağ"ın rəqibi futbolçusunu icarəyə verdi

"Qarabağ"ın rəqibi futbolçusunu icarəyə verdi
XƏBƏR 8 İyul 2023 / 16:56 1435
-  A +

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Linkoln" futbolçusu Freddi Dreyperi icarəyə verib.

Qol.az "expressandstar.com"a istinadən xəbər verir ki, 18 yaşlı hücumçu 2023/2024 mövsümünü icarə əsasında İngiltərə "Uolsoll"sunda keçirəcək.

Qeyd edək ki, F.Dreyper ötən mövsümün ilk yarısı icarə əsasında "Qainsborough"da, ikinci yarısında isə "Droqheda Yunayted"də oynayıb.

Xatırladaq ki, "Qarabağ" Cəbəllütariq klubuna qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner