Mahir oynadı, "Dinamo" heç-heçə etdi

Mahir oynadı, "Dinamo" heç-heçə etdi
XƏBƏR 7 İyul 2023 / 20:09 4753
-  A +

Millimizin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su Sloveniyada sonuncu yoxlama oyununu keçirib.

Qol.az xəbər verir ki, komanda Çexiya "Sparta"sı ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. "Dinamo"nun yeganə qolunu Bruno Petkoviç penaltidən vurub. M.Emreli 63-cü dəqiqədə meydana daxil olub və sonadək oynayıb.

Xatırladaq ki, Zaqreb təmsilçisi bundan əvvəlki yoxlama görüşlərində "SSKA 1948"ə  3:2 hesabı ilə qalib gəlib, "Koper"lə 2:2 hesablı heç-heçə edib.

7 iyul

"Sparta" - "Dinamo" (Zaqreb) - 1:1

Qollar: Peşek, 2 (1:0), Petkoviç, 14-pen (1:1)


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner