"Monako"nun yeni baş məşqçisi rəsmiləşdi

"Monako"nun yeni baş məşqçisi rəsmiləşdi
XƏBƏR 4 İyul 2023 / 19:01 1831
-  A +

"Monako"nun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Komandanı Adi Hutter çalışdıracaq. Avstriyalı mütəxəssislə 2025-ci ilin iyununa qədər müqavilə imzalanıb. 

Adi Hütterin son iş yeri 2022-ci ilin mayında ayrıldığı Münhenqladbax "Borussiya"sı olub. O, “Ayntraxt”, “Yanq Boyz”  komandalarında da çalışıb.

"Monako"nun son baş məşqçisi isə Filipp Kleman olub. O, bu ilin aprel ayında istefaya göndərilib. 

Qeyd edək ki, “Monako” ötən mövsüm Liqa 1-i 6-cı pillədə başa vurub.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner