Daha bir yarış Rusiyadan alındı

Daha bir yarış Rusiyadan alındı
XƏBƏR 4 İyul 2023 / 14:58 2437
-  A +

Qadın həndbolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının ev sahibliyi hüququ Rusiyadan alınıb.

Qol.az xəbər verir ki, bu barədə Avropa Həndbol Federasiyası (EHF) qərar qəbul edib. Yarışın hansı ölkədə keçiriləcəyi hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2022-ci il fevralın 28-də EHF İcraiyyə Komitəsinin qərarına əsasən, Rusiya və Belarus komandaları yarışlardan kənarlaşdırılıb. Buna səbəb Rusiyanın Ukraynaya işğalçı hücumu, Belarusun isə bunu dəstəkləməsidir.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner