Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli dünən "SSKA 1948"ə (Bolqarıstan) qarşı yoxlama matçında əsas heyətdə meydana çıxıb.
Xəbər verdiyimiz kimi, 3:2 hesabı ilə yekunlaşan görüşdə M.Emreli birinci hissədə hesabı açıb. O, Bruno Petkoviçin dəqiq ötürməsini qola çevirə bilib. "Konyaspor"dan icarədən qayıdan 26 yaşlı futbolçu bu il ilk dəfə "Dinamo" Zagrebdə ilk 11-likdə yer alıb.
Həmçinin oxuyun: “Dinamo” qələbə qazandı, ilk qolu Mahir vurdu - Yenilənib-2+Video
Xorvatiya mətbuatının yazdığına görə, baş məşqçi İqor Bişçan dünənki görüşdə əsas heyətdə milli komandanın üzvü olan futbolçuları (Mahir Emreli də daxil) oynadıb. İkinci hissədə isə onların demək olar ki, hamısı əvəzlənib.
İqor Bişçan
Baş məşqçi İqor Bişçan oyundan sonra "Dinamo"nun TV kanalına açıqlamasında komandasında razı qaldığını söyləyib. "Ümumən mən razıyam. Birinci hissədə meydanda daha güclü komandamız var idi. Onlar ilk 45 dəqiqəni yaxşı keçirdilər. Bundan başqa, layiq olduğumuz bir qolu da vurduq. Ümumən qələbəni haqq edirdik" - deyə o bildirib.
Onun sözlərinə görə, millinin heyətindən qayıdan oyunçuların bu matçda iştirakı vacib idi. Bişçan deyib ki, son yoxlama matçında həmin oyunçulara oynamaq üçün yenə şans verəcək.
Bəs, ilk 45 dəqiqədəki bu heyət superkubokda "Hayduk"a qarşı keçiriləcək oyun (iyulun 15-də) üçün ilk 11-lik sayıla bilərmi? İqor Bişçan bununla bağlı deyib: "Mən heyəti müəyyənləşdirəndə bu haqda düşünməmişdim. Əsas prioritet millinin futbolçularına oynamaq şansı vermək idi. Sabah daha üç oyunçu komandaya qoşulacaq. Superkubok matçında kimin oyuna əsas heyətdə başlayacağını demək mənə çətindir. Onu söyləyə bilərəm ki, birinci hissədə komandamız daha güclü idi".
Bununla belə, Xorvatiya mətbuatı hesab edir ki, dünənki əsas heyətdən superkubokdakı rəsmi matçda M.Emrelinin düşməmə ehtimalı da var.
Xatırladaq ki, M.Emreli iyunun 25-dən müqavilə ilə məxsus olduğu "Dinamo "nun hazırlığına qoşulub. Onun növbəti mövsümü hansı komandada keçirəcəyi hələ müəyyənləşməyib. Futbolçu özü "Dinamo"da qalmaq istədiyini deyib.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
Turun mərkəzi oyunu ona tapşırıldı