"Barselona" sabiq futbolçusu Lionel Messiyə hələ də maaş ödəyir.
Qol.az xəbər verir ki, bu barədə klubun prezidenti Joan Laporta "Mundo Deportivo"ya açıqlamasında bildirib. O, 2021-ci ilin yayında komandadan ayrılmış 36 yaşlı hücumçuya 2025-ci ilədək məvacib verəcəklərini deyib:
“Biz Lionel ilə əla bir şəkildə vidalaşacağıq. Bunu yeni "Kamp Nou"nun açılışında etmək ideal olardı. Biz ona 2025-ci ilə qədər maaş verməliyik, çünki o, əvvəlki rəhbərlik dövründə bu maaşı təxirə salmışdı”.
Qeyd edək ki, Messi koronavirus pandemiyası zamanı kluba dətək olmaq məqsədi ilə maaşının azaldılmasına razı olmuşdu. O, məvacibinin qalanını qarşıdakı illərdə alacağını gözləyirdi. Forvard 2021-ci ildə "Barselona" ilə müqaviləni yeniləyə bilmədiyi üçün komandadan azad agent kimi ayrılıb. Messi daha sonra PSJ-də oynayıb və bu yay komandadan ayrılıb. O, karyerasını "İnter Mayami"də davam etdirəcək.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
Turun mərkəzi oyunu ona tapşırıldı