"Əl-Hilal"dan Neymara fantastik təklif

"Əl-Hilal"dan Neymara fantastik təklif
XƏBƏR 3 İyul 2023 / 10:00 4294
-  A +

Səudiyyə Ərəbistanı "Əl-Hilal"ı PSJ-nin hücumçusu Neymarı heyətində görmək istəyir.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, klub 31 yaşlı braziliyalıya 3 illik müqavilə üçün 600 milyon avro maaş ödəməyə hazırdır. 

Neymarın PSJ ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Daha əvvəl hücumçunun "Barselona"ya qayıtmağa hazır olduğu və klubların mümkün transfer barədə razılığa gəldiyi bildirilirdi. Ancaq diqqət çəkən məqam odur ki, "Barselona" PSJ-nin ulduz oyunçunun maaşının bir hissəsini ödəməyə davam etməsini istəyir.

Qeyd edək ki, "Əl-Hilal" daha əvvəl "Çelsi"nin sabiq müdafiəçisi Kalidu Koulibali və "Vulverhempton"un sabiq yarımmüdafiəçisi Ruben Neveslə müqavilə imzalayıb.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner