"Neftçi" yeni transferə hazırlaşır

"Neftçi" yeni transferə hazırlaşır
XƏBƏR 1 İyul 2023 / 11:29 7301
-  A +

"Neftçi" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Qol.az xəbər verir ki, paytaxt təmsilçisi "Pau"dan Ervin Koffi ilə anlaşıb. Bu haqda Yunanıstanın "themasports" nəşri məlumat yayıb. Bildirilir ki, Bakı klubu "Olimpiakos"un 28 yaşlı sabiq müdafiəçisi ilə tezliklə rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, Kot-d'İvuardan olan Ervin son mövsümdə "Pau”nun (Fransa) heyətində 42 oyuna çıxıb. O, karyerası ərzində Fransanın "Şatoru", "Loryan", Kiprin "Anortosis" klublarında da oynayıb.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner