"Milan" "Çelsi"nin futbolçusunu transfer etdi

"Milan" "Çelsi"nin futbolçusunu transfer etdi
XƏBƏR 30 İyun 2023 / 22:37 2817
-  A +

"Milan" heyətinə yeni futbolçu cəlb edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, A seriyası təmsilçisi "Çelsi"dən Ruben Loftus-Çiki transfer edib. İtaliya klubu 27 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə imzaladığını açıqlayıb.

Daha əvvəl "Milan"ın futbolçu üçün 15 milyon avro və bonuslar ödəyəcəyi bildirilirdi .

Qeyd edək ki, Ruben "Çelsi"nin yetirməsidir. O, London klubu ilə Premyer Liqa, Avropa Liqası və UEFA Superkubokunu qazanıb. Loftus-Çik ötən mövsüm Premyer Liqada 25 oyuna çıxıb və 1 qolun ötürməsini verib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner