"Rakuv"un baş məşqçsi: “Qarabağ” elə komandadır ki..."

"Rakuv"un baş məşqçsi: “Qarabağ” elə komandadır ki..."
XƏBƏR 29 İyun 2023 / 16:26 5802
-  A +

"Rakuv"un baş məşqçisi David Şvarqa Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki mümkün rəqibləri "Qarabağ" haqda danışb.

Qol.az xəbər verir ki, Polşa təmsilçisi ÇL-in 1-ci təsnifat mərhələsində "Flora" səddini keçəcəyi təqdirdə, növbəti mərhələdə "Qarabağ" - "Linkoln" cütünün qalibi ilə qarşılaşacaq.

D.Şvarqa "sportowefakty.wp.pl" saytına açıqlamasında deyib: “Qarabağ” elə komandadır ki ki,onları Polşada hamı çox yaxşı tanıyır. Onlar “Legiya”, “Lex”lə avrokubok matçlarında kimin daha yaxşı olduğunu göstərdilər. Bizi  çətin  "döyüş" gözləyir. Bu, öz şəxsiyyətimizi və prinsiplərimizi nümayiş etdirmək və sadəcə olaraq bu rəqibi məğlub etmək istədiyimiz faktını dəyişdirmir. Əlbəttə ki, bu matç reallaşsa... Çünki hazırda biz ancaq "Flora"dan danışmalıyıq. "Flora" Avropa yarışlarının qrup mərhələsində çıxış etmiş və bu səviyyənin öhdəsindən gəlmək təcrübəsi olan komandadır".


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner