Futzal üzrə UEFA Çempionlar Liqasının 2023/2024 mövsümünün püşkatma tarixi və reqlamenti açıqlanıb.
Qol.az xəbər verir ki, 51 ölkəni təmsil edən 55 klub qalib adı uğrunda mübarizə aparacaq.
İlkin və əsas mərhələnin püşkü iyulun 5-də atılacaq. İştirakçı klublar arasında reytinqdə 23-cü pillədə yer alan Azərbaycan çempionu “Araz-Naxçıvan” mübarizəyə ilkin mərhələdən qoşulacaq. Bu mərhələdə 32 komanda 8 qrupda yarışacaq. Yalnız öz qrupunda birinci pilləni tutacaq komandalar və ən yaxşı göstəriciyə malik ikinci yerin sahibi (ümumilikdə 9 komanda) əsas mərhələyə vəsiqə qazanacaq.
İlkin mərhələnin səbətləri (22-27 avqust)
1-ci səbət (ev sahibləri): Lubaua (Polşa 1), Luçeneç (Slovakiya 1), Doukas (Yunanıstan 1), Riqa (Latviya 2), Titoqrad (Monteneqro 2), Tirana (Albaniya, 2), Amiqo Northvest (Bolqarıstan 3), AEL Limassol (Kipr 3)
2-ci səbət (qrupda 4-cülər): Blumsbury Futsal (İngiltərə), PYF Saltires (Şotlandiya), ASA Tel Aviv Ouls (İsrail), İstanbul Şişli (Türkiyə), Sparta Belfast (Şimali İrlandiya), Folqore (San-Marino), İsbjorninn (İslandiya), Avropa (Cəbəllütarıq)
3-cü səbət (qrupda 3-cülər): Georgians (Gürcüstan), Enkamp (Andorra), Nisturu Kişinyov (Moldova), Jahn Regensburq (Almaniya), Utleira İdrettslaq (Norveç), Cefn Druids (Uels)
4-cü səbət (qrupda 2-cilər): Diamant Linz (Avstriya), Pristina (Kosovo), Yerevan Futsal (Ermənistan), Kosmos Tallin (Estoniya), Blue Magic FC Dublin (İrlandiya)
5-ci səbət (qrupda 1-cilər): Araz-Naxçıvan (Azərbaycan), Futsal Minerva (İsveçrə), Örebro (İsveç), Eindhoven (Niderland), Radnik Bijeljina (Bosniya və Herseqovina)
UEFA İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan və Ermənistanı, eləcə də Kosovo və Bosniya və Herseqovinanı təmsil edən klublar eyni qrupda yer ala bilməzlər. Bu mərhələdən əsas mərhələyə yüksələcək komandalar B yolunda yer alacaqlar.
Əsas mərhələnin oyunları 24-29 oktyabr tarixlərində keçiriləcək. Dörd ölkə - İspaniya, Portuqaliya, Qazaxıstan və Xorvatiyanın hər biri iki klubla təmsil olunacaq. Xorvatiyanın bu şansı qazanması Rusiyanın FIFA və UEFA tərəfindən cəzalandırılması ilə bağlıdır.
B qrupu
B yolunda reytinq cədvəlinin 12-15 və 20-22-ci pillələrində yer alan komandalar, eləcə də, ilkin mərhələdən vəsiqə qazanacaq 9 klub yarışacaq. Ümumilikdə B qrupunda 16 komanda hər birində 4 iştirakçı olmaqla 4 qrupda yarışacaq. Ancaq qrup qalibləri elit-raunda yüksələcəklər.
6-cı səbət (ilkin mərhələ qalibləri, 3-4)
A qrupunun qalibi, B qrupunun qalibi, C qrupunun qalibi, D qrupunun qalibi, E qrupunun qalibi, F qrupunun qalibi, G qrupunun qalibi, H qrupunun qalibi, Ən yaxşı ikinci pilləni tutan 1 komanda
7-ci səbət (qrupda 2-cilər): Kampuksen Dinamo (Finlandiya), Futsal Gentofte (Danimarka), Stalitsa Minsk (Belarus)
8-ci səbət (qrupda 1-cilər): Kaunas Jalgiris (Litva), Plzen (Çexiya), Citta di Eboli (İtaliya), Futsal Dinamo (Xorvatiya)
A yolu
Son qalib “Palma Futsal” və turnir cədvəlinin ilk 11 pilləsində yer alan komandalar, eləcə də, 16-19-cu pillədəki klublar A yolunda mübarizə aparacaqlar. A qrupunda 16 komanda hər birində 4 iştirakçı olmaqla 4 qrupda yarışacaq və hər qrupdan 3 komanda elit-raunda vəsiqə qazanacaq.
9-cu səbət (ev sahibləri): Malorka Palma Futsal (İspaniya, 1), Doboveç (Sloveniya, 2), Olmissium (Xorvatiya, 2), Loznica – Grad (Serbiya, 4)
10-cu səbət (qrupda 4-cülər): HİT (Ukraya), Differdange 03 (Luksemburq), Etoile Lavalloise (Fransa)
11-ci səbət (qrupda 3-cülər): Ayat (Qazaxıstan), Haladas (Macarıstan), Luxol ST. Andreus (Malta), Yunayted Qalati (Rumıniya)
12-ci səbət (qrupda 2-cilər): Kayrat Almatı (Qazaxıstan), RSC Anderlext (Belçika)
13-cü səbət (qrupda 1-cilər): Sportinq (Portuqaliya), Barsa (İspaniya), Benfika (Portuqaliya)
Püşkatma və oyun tarixləri:
İlkin və əsas mərhələnin püşkatması: 5 iyul
İlkin mərhələ: 22-27 avqust
Əsas mərhələ 24-29 oktyabr
Elit raundun püşkatması: 2 noyabr
Elit raund 28 noyabr - 3 dekabr
Final mərhələsi: 2-3, 4-5 may 2024-cü il
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı