"Bavariya" "Napoli"nin futbolçusu ilə razılaşdı

"Bavariya" "Napoli"nin futbolçusu ilə razılaşdı
XƏBƏR 29 İyun 2023 / 09:02 2374
-  A +

"Bavariya" "Napoli"nin müdafiəçisi Kim Min-Jae ilə razılığa gəlib.

Qol.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Münhen təmsilçisi 26 yaşlı cənubi koreyalı ilə 2028-ci ilə qədər müqavilə üçün anlaşıb. "Bavariya" Kimə görə "Napoli"yə 50-70 milyon avro ödəyəcək.

Kimin Münhen təmsilçisindəki qazancı illik 10-12 milyon avro olacaq.

Qeyd edək ki, 2022-ci ildən "Napoli"də oynayır. O, 2022/23 mövsümündə "Napoli"ilə İtaliya A seriyasının çempionu olub.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner