Debüt oyununda “Qarabağ”a qol vurdu, bu sözləri dedi

Debüt oyununda “Qarabağ”a qol vurdu, bu sözləri dedi
XƏBƏR 29 İyun 2023 / 08:36 7217
-  A +

“Ferensvaroş”un yeni transferi Barnabaş Varqa “Qarabağ”a qarşı yoxlama matçında iştirak edib.

Qol.az xəbər verir ki, bu, 28 yaşlı mərkəz hücumçusunun Budapeşt komandasında ilk oyunu olub. Barqa debüt oyununda qol da vurub. O, 3:3 hesabı ilə yekunlaşan görüşdə komandasının ilk qoluna imza atıb. 

Futbolçu “Ferensvaroş”un rəsmi saytına açıqlamasında vurduğu qol və oyunla bağlı təəssüratlarını bölüşüb.

“Hətta yoxlama oyununda olsa belə qol vurmaq hücumçuya özünəinamı artırır. Şadam ki, “Ferensvaroş”da debüt matçımı çox gözləmədim” - deyə o qeyd edib.

Varqa matçla bağlı danışarkən deyib: “Azərbaycan çempionu ilə matçın yoxlama görüşü olmasına baxmayaraq, oyun yüksək səviyyədə keçdi. Azarkeşlər çoxlu qol görə bildilər. Biz də “Qarabağ” kimi daim Avropa kuboklarında oynayırıq. Odur ki, hiss edilirdi ki, bu matç tamamilə başqa səviyyədir”.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner