"Qarabağ"ın rəqibi yoxlama matçında uduzdu

"Qarabağ"ın rəqibi yoxlama matçında uduzdu
XƏBƏR 28 İyun 2023 / 16:48 3222
-  A +

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Linkoln" İspaniya toplanışında növbəti yoxlama oyununu keçirib.

Qol.az xəbər verir ki, Cəbəllütariq təmsilçisi Şimali İrlandiyanın "Linfild" klubu ilə qarşılaşıb. Oyun "Linfild"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Linkoln" bundan əvvəl yoxlama görüşündə İraq millisinə 1:2 hesabı ilə uduzub, İspaniyanın aşağı liqa klublarından "Almunesar Siti"yə 5:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Qarabağ" "Linkoln"la ilk görüşünü iyulun 11-də səfərdə, cavab oyununu isə iyulun 19-da Bakıda keçirəcək.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner