"Barselona"da maliyyə problemi

"Barselona"da maliyyə problemi
XƏBƏR 27 İyun 2023 / 12:11 2258
-  A +

“Barselona”nın yeni transferlər üçün büdcəsi yoxdur.

Qol.az xəbər verir ki, bu haqda İspaniya mətbuatı məlumat yayıb. Klubun əmək haqqı fondunun nəğd pul baxımından şəraiti ciddi şəkildə məhdudlaşıb. "Barselona"nın hər hansı yeni transferi qeydiyyatdan keçirmək üçün praktiki olaraq heç bir maliyyə imkanı yoxdur. Bu həftə klub direktorlar şurasının iclasını keçirəcək və orada mövcud vəziyyətə baxılacaq. 

Dünən, iyunun 26-da “Barselona” “Mançester Siti” ilə müqaviləsi başa çatan İlkay Gündoğanı azad agent kimi heyətinə qatıb. Klub 18 yaşlı Vitor Rokenin də transferi ilə bağlı razılığa gəlib, lakin "Barselona"nın sonuncunun transferini həyata keçirmək üçün vəsaiti yoxdur. Transfer baş tutsa, klub onu qeydiyyatdan keçirə bilməyəcəyi üçün futbolçunun dərhal icarəyə göndərəcək.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner