Millimizin üzvü üçün 36 yaşlı baş məşqçi

Millimizin üzvü üçün 36 yaşlı baş məşqçi
XƏBƏR 26 İyun 2023 / 16:46 2524
-  A +

Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün çıxış etdiyi "Eyndhoven"in yeni baş məşqçisi açıqlanıb.

Qol.az xəbər verir ki, Niderland təmsilçisini Villem Veys çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Veys bu vəzifədə bir müddət əvvəl istefaya göndərilən Rob Pendersi əvəzləyib. İndiyədək bir neçə klubda köməkçi məşqçi kimi çalışan Villem Veys ilk dəfədir baş məşqçi təyin olunur.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner