Azərbaycan Avropa Oyunlarında daha 3 medalı təmin etdi

Azərbaycan Avropa Oyunlarında daha 3 medalı təmin etdi
XƏBƏR 25 İyun 2023 / 21:30 2003
-  A +

Muay-tay üzrə Azərbaycan millisi Polşada təşkil olunan III Avropa Oyunlarında 3 medalı təmin edib.

Qol.az xəbər verir ki, qadın idmançı Emili Rzayeva yarımfinala vəsiqə qazanıb. Onun 63,5 kq çəki dərəcəsində 1/4 final mərhələsindəki rəqibi Nora Kornelli (Fransa) çəkiyə gəlmədiyi üçün E.Rzayeva qalib elan olunub.

57 kq çəki dərəcəsində çıxış edən Aysu Devrişova 1/4 final mərhələsində xorvatiyalı Zelyana Pitesa üzərində 30:26 hesablı qələbə qazanıb. O, iyunun 26-da yarımfinal görüşünə çıxacaq.

Kişilərdən Xəyal Əliyev (67 kq) Əliyev 1/4 final mərhələsində Giorgi Kleynə (Gürcüstan) qalib gəlib və yarımfinala adlayıb.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl 2 qızıl, 1 gümüş və 2 bürünc əldə edib.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner