"İnter" icarə müqaviləsi başa çatan Romelu Lukakunun əvəzləyicisini tapıb.
Qol.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb. Klub "Atletiko"nun hücumçusu Alvaro Morata üçün transfer işlərinə başlayıb. "İnter" rəhbərliyi Moratanı komandanın futbol fəlsəfəsinə uyğun hesab edir.
Qeyd edək ki, Lukaku ötən mövsümü “İnter”də icarə əsasında keçirib. İtalyanlar icarə müddətini uzatmağa hazırdır, lakin oyunçunun sözləşmə ilə sahib olduğu "Çelsi" tam transfer istəyir və təxminən 40 milyon avro tələb edir. Lukakunu "İnter"dən başqa Səudiyyə Ərəbistanı klubları və "Milan" da transfer etmək istəyir.
Alvaronun Madrid təmsilçisi ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub, ona görə də forvardın qiyməti aşağı göstərilə bilər. Morata ötən mövsüm 45 oyuna çıxıb, 15 qol vurub və 3 qolun ötürməsini verib.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir