2023/24 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Qırmızı-qaralar” Zurab Oçiqavanın keçidini rəsmiləşdiriblər.
28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Ukraynalı legionerin son klubu “Sabah” olub. Oçiqava Azərbaycan Premyer Liqasının son üç mövsümündə 34 matçda 2 qol vurub.
Zurab karyerası ərzində Ukraynada “Mariupol”, Kiyev “Dinamo”su, “Olimpik”, “Dnepr-1”, “Vorskla”, Estoniyada “Levadiya”nın da şərəfini qoruyub. O, Ukraynanın U-20 və U-21 milli komandalarında da forma geyinib.
Xatırladaq ki, “Qəbələ” bunadək Ahmed Ayzayanı da heyətinə qatıb.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər