"Həyat yoldaşım mənə dedi ki..."

"Həyat yoldaşım mənə dedi ki..."
XƏBƏR 24 İyun 2023 / 12:33 3030
-  A +

“Real”ın yarımmüdafiəçisi Toni Kroos klubu ilə müqavilənin uzadılmasının təfərrüatları haqda danışıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi həyat yoldaşının bu mövzuda ona dəstək olduğunu deyib: “Həyat yoldaşım mənə dedi ki, nə istəyirsən et. Bunun üçün həyat yoldaşıma kiçik bir təşəkkür edirəm. Bu məni bir az təəccübləndirdi. Fikirləşdim ki, o, mənim evə tez-tez gəlməyimi istəmir?" 

Xatırladaq ki, "Real" Kroosla sözləşməni 1 illik uzadıb. 

2022/2023 La Liqa mövsümündə Kroos 30 oyuna çıxıb, 2 qol vurub və 4 qolun ötürməsini verib. O, 2014-cü ildə "Bavariya"dan bu kluba keçib. Ümumilikdə, Kroos "Real"ın heyətində 417 oyun keçirib və 20 titul qazanıb.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner