PSJ futboolçusu Kilian Mbappeyə klubdakı gələcəyi ilə bağlı qərar verməsi üçün vaxt qoyub.
Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi Kilianın 2-3 həftə ərzində yekun qərarını açıqlamasını tələb edib. Klub sahibləri oyunçunun dəqiq mövqeyini, müqavilənin uzadılmasına razı olub-olmadığını eşitmək istəyirlər. Əks-halda fransalı bu yay satılacaq.
Daha əvvəl Mbappenin 250 milyon avroya "Real"a keçə biləcəyi haqda xəbələr yayılmışdı. PSJ hücumçu ilə bağlı iki variantı nəzərdən keçirir: ya müqavilənin uzadılması, ya da satış. Paytaxt təmsilçisinin gələcək baş məşqçisi Luis Enrike də Mbappenin gedişinə etiraz etmir.
Qeyd edək ki, 24 yaşlı hücumçunun PSJ ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. O, 2017-ci ildən bu komandada oynayır.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər